AZ

"Gerasimov Ukraynanın işğal edilən ərazilərlə bağlı məlumatları xeyli şişirdib" - ISW

 
"2024-cü ilin noyabr ayında Rusiyanın işğalçı qoşunları sutka ərzində təxminən 28 kv. km sürətlə irəliləyib..."
 
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov Rusiyanın 2024-cü ildə Ukraynanın işğal etdiyi əraziləri barədə məlumatları xeyli şişirdib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
"Rusiya SQ Baş Qərargah rəisi general Valeri Gerasimov Rusiyanın 2024-cü ildə Ukraynanın işğal etdiyi əraziləri ilə bağlı statistik məlumatları xeyli şişirdib", - analitiklər qeyd edib.
 
Dekabrın 18-də Gerasimov bəyan edib ki, Rusiya qoşunları 2024-cü ildə Ukraynanın 4 500 kvadrat kilometr ərazisini işğal edib. Əslində isə ISW bunun 3 306 kv. km olduğunu təsdiq edir.
 
Gerasimovun şişirdilmiş rəqəmləri müdafiə naziri Andrey Belousovun Rusiya Müdafiə Nazirliyinin dekabrın 16-da kollegiya iclasında daha dəqiq bəyanatları ilə təzad təşkil edir. O, iddia edib ki, Rusiya qoşunlarının orta sutkalıq irəliləmə sürəti təxminən 30 kv. km təşkil edir.
 
"ISW-nin radiolokasiya məlumatlarına əsasən, 2024-cü ilin noyabr ayında Rusiya qoşunları gün ərzində təxminən 27, 96 kv.km sürətlə irəliləyib", - analitiklər əlavə edib.
 
Bundan başqa, Belousov iddia edib ki, Luqansk vilayətinin 99, Donetsk vilayətinin 70, Zaporojye vilayətinin 74 və Xerson vilayətinin 76 faizi işğalçılar tərəfindən zəbt edilib. Bu məlumatlarda da bəzi dəqiqsizlik var, amma ISW-nin dəyərləndirməsinə yaxındır.
 
"ISW-nin dəyərləndirməsinə görə, Rusiya qoşunları tərəfindən Ukrayna vilayətlərindən Liqanskın 99, Donetskin 66, Zaporojye və Xersonun hər birinin 73 faizi işğal edilib", - analitiklər qeyd edib.
phrase_var_article.chosen
27
moderator.az

1phrase_var_article.sources