AZ

Rusiya və Ukrayna arasında atəşkəs... - Orban

Ukrayna və Rusiya arasında Milad bayramı dövründə atəşkəs elan edilməsi təklifi artıq Prezident Volodimir Zelenskinin masasındadır və o, sadəcə, bu təklifi qəbul edib-etmədiyini bildirməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Milad bayramı günlərində cəbhədə insanların bir-birlərini öldürməsinə imkan verməyin, daha çox əsir dəyişdirin, minlərlə insanın ailələrinə qayıtmasına şərait yaradın”, - deyə baş nazir qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
17
teleqraf.com

1Mənbələr