AZ

İki uşaq anası sinə kiçiltmə əməliyyatı zamanı öldü - FOTO

Sosial media fenomeni Neşe Özkan estetik əməliyyat zamanı dünyasını dəyişib.

News24.az xəbər verir ki, sosial şəbəkə fenomeni və iki uşaq anası Neşe Özkan estetik əməliyyat zamanı həyatını itirib. 28 yaşlı Özkanın qarın gərmə və sinə kiçiltmə əməliyyatı əsnasında ürəyinin dayandığı bildirilir.

Fenomen bir vaxtlar iştirak etdiyi yarışma proqramı ilə tanınaraq sosial mediada geniş izləyici kütləsinə sahib olmuşdu. Trabzon əsilli olan Özkan 1996-cı ildə anadan olub və tibb sahəsi üzrə təhsil alıb. O, həmçinin yemək bişirmək və idmana olan həvəsi ilə də izləyiciləri tərəfindən sevilirdi.

Hadisədən öncəki son paylaşımlarından birində Bergenin mahnısını oxuyaraq duyğusal anlar yaşayan Neşe Özkanın bu halı diqqət çəkmişdi. Onun qəfil vəfatı sosial mediada böyük kədər doğurub.

Qeyd edək ki, bu gün Azərbaycanda da gənc qız estetik əməliyyatın qurbanı olub.\milli.az


Seçilən
6
4
news24.az

5Mənbələr