«Turan Tovuz»dan ayrılmaq istəyənlərin sayı durmadan artmaqdadır.
Kurban Berdiyevin iş prinsiplərindən bezən futbolçuların siyahısında Aleks Souza da yer alıb.
2024-cü ilin əvvəlindən ölkəmizdə legioner həyatı yaşayan braziliyalı hücumçu qərb təmsilçisindən ayrılmağın planlarını qurub.
Cənubi amerikalı Bakıda yaşamaq istəyindədir. Sabiq «Boluspor»lu bu məqsədlə «Sabah», «Zirə» və «Səbail»ə xəbər göndərib.
«Sambaçı» bildirib ki, paytaxta köçmək üçün«Turan»da qazandığı puldan daha az məbləğə gəlməyə hazırdır.
SPORTİNFO.AZ