Rusiya Prezidenti Vladimir Putin hazırda Moskvada olan Suriyanın keçmiş Prezidenti Bəşər Əsədlə hələ görüşmədiyini açıqlayıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.
“Prezident Əsədlə Moskvaya gəldiyindən bəri hələ görüşməmişəm. Lakin bunu etməyi planlaşdırıram”, - deyə Rusiya lideri qeyd edib.