AZ

Putinin Quranla fotosunu paylaşıb bunları yazdı

“Həyat Təhrir əl-Şam” yaraqlıları ilə Rusiya arasında vasitəçi olmaq Çeçenistan liderinə tapşırıldı.

“Rusiya Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvaya son səfərində “Həyat Təhrir əl-Şam” terror təşkilatının yaraqlıları arasında vasitəçi olması üçün onun bütün rəsmi və qeyri-rəsmi Yaxın Şərq təmaslarını intensivləşdirmək tapşırılıb və hətta mövzu Putinlə müzakirə olunub”.

KONKRET.az xəbər verir ki, bu barədə “Novaya qazeta” yazıb. Nəşrin iddiasına görə, Kadırov Kremlin Yaxın Şərq üzrə qeyri-rəsmi elçisi statusunu əldə edib.

“İndi Moskva Suriya hərbi bazaları ilə bağlı məsələni təcili həll etməlidir” deyə, mənbə bildirib.

Bu məlumatı dolayısı ilə Ramzan Kadırovun özünün fəaliyyəti də təsdiqləyir, o, artıq son bir həftə ərzində üç dəfə Suriya məsələsi ilə bağlı diqqətçəkən bəyanatlar verib.

Çeçenistan rəhbəri Suriya məsələsi ilə bağlı ilk dəfə dekabrın 9-da Kremldə mükafatlandırma mərasimindən dərhal sonra danışıb. Rusiya dövlət kanalına müsahibəsində Kadırov hadisələri “çevriliş” adlandırıb və diplomatik olaraq “Həyat Təhrir əl-Şam”ı “qoşunlar” adlandırıb. O, həmçinin “Əsədin uğursuzluğa düçar olduğunu” bildirib və həm terrorçularla, həm də “düşmənimiz olsalar belə, onların arxasında duranlarla” danışıqlar aparmağa çağırıb. “Düşünürəm ki, bugünkü qüvvələrlə danışıqlar aparılmalıdır. Onlar məncə bizimlə münasibətləri davam etdirəcəklər”, – Çeçenistan rəhbəri bildirib.

Dekabrın 15-də Kadırovun Teleqram kanalında federal subyekt rəhbəri kimi deyil, daha çox ölkə liderinin bəyanatına bənzəyən ingilis və ərəb dillərinə tərcümə edilmiş yazı yerləşdirib. Bu bəyanatda vurğulanırdı ki, “Rusiya Suriya xalqına həmişə hörmət və mərhəmətlə yanaşıb. Bizi müxtəlif sahələrdə 80 ildən artıq qarşılıqlı əlaqələr birləşdirir. Biz mədəni nailiyyətlər mübadiləsi apardıq, Suriyadan tələbələri qəbul etdik, ticarət sahəsində fəal əməkdaşlıq etdik ki, bu da hər iki tərəf üçün qarşılıqlı faydalı şərait yaradıb”. Suriyadakı zəlzələdən sonra Çeçenistan Respublikasının hakimiyyətinin “Suriya xalqına” yardımı da yada salınıb.

Çeçenistan rəhbəri Rusiyanın Suriyaya buğda tədarükünün dayandırılması ilə bağlı “Reuters”in məlumatını “dezinformasiya” adlandırıb. Kadırov “Suriyanı strateji tərəfdaşdan və Rusiyanın qardaş xalqından ayırmaq istəyən düşmənlərin şayiələrinə qulaq asmamağa” çağırıb və söz verib: “Hətta bəzi qeyri-mümkün və inanılmaz səbəblərdən Rusiya taxıl ixracının dayandırılması baş versə belə, mən, Çeçenistan Respublikasının başçısı kimi məsuliyyəti öz üzərimə götürməyə və Suriya üçün lazımi miqdarda buğda verməyə hazıram. Bu, atam, “Rusiya Qəhrəmanı” Axmat-Hajı Kadırovun adını daşıyan Fond vasitəsilə həyata keçiriləcək”. Dekabrın 16-da Ramzan Kadırov öz teleqram kanalında bu dəfə Suriyanın “müxalifət hakimiyyətini” Qərbə boyun əyməməyə çağırıb. Kadırov Rusiya ilə Suriya arasında “gərginlik ssenarisinin qarşısını almaq” və “Suriya vətəndaşlarının yeni hökumətdən gözlədiyi sabitlik və sakit həyata” nail olmaq üçün Rusiya adından Suriyanın hazırkı rəhbərliyinə tərəfdaşlıq təklif edib. “Rusiyanın Suriyada humanitar fəlakətin qarşısının alınması məsələsinin həllinə kömək etmək üçün gücü və vasitələri var” deyən Kadırov və xoşməramlılığın sübutu kimi Rusiya hakimiyyətinə “Həyat Təhrir əl-Şam”ı və onun nümayəndələrinin terror təşkilatı siyahısından çıxarılması proseduruna başlamağı” təklif edib. O, həmçinin təcili olaraq, “ilk əlaqələri qura və problemləri həll etməyə başlaya biləcək iki ölkənin təmas qrupunun işini təşkil etməyin” zəruriliyini vurğulayıb. Kadırov “uzun müddət Çeçenistan Respublikasında yaşayan və işləyən suriyalıları təmas qrupuna cəlb etməyi təklif edib. Kadırov Putinin əlində Qurani-Kərim tutan şəklini də yazıya yerləşdirib. /Musavat.com

Seçilən
1
4
konkret.az

5Mənbələr