AZ

Qazaxıstan və Azərbaycan məşğulluq sahəsində birgə layihələr həyata keçirməyi planlaşdırır

Bakı, TurkicWorld

Qazaxıstan və Azərbaycan əmək ehtiyatları və məşğulluq sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək resurslarının inkişafı mərkəzi" ASC-nin prezidenti Daulet Arqandıkov 2024 Azərbaycan Karyera İnkişafı Forumunda çıxışı zamanı bildirib.

"Mən Əmək resurslarının inkişafı mərkəzinin ilk rəhbəriyəm və bizim mandatımız olduqca genişdir. Miqrasiya və məşğulluq da daxil olmaqla, bütün sosial və əmək sahəsi ilə məşğul oluruq. Bu istiqamətdə biz Azərbaycanın Dövlət Məşğulluq Xidmətinin tərəfdaşıyıq. Bizim fəaliyyət planımız var və bu çərçivədə birgə layihələr həyata keçiririk və planlaşdırırıq", – deyə D.Arqandıkov bildirib.

Onun sözlərinə görə, əmək ehtiyatları, təhsil və əmək bazarlarının inkişafı olmadan cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafı mümkün deyil.

O həmçinin qeyd edib ki, pandemiya, iqtisadi böhran, daxili problemlər və qlobal avtomatlaşdırma (süni intellektin geniş tətbiqi) kimi çağırışlara baxmayaraq, Qazaxıstan əmək bazarında sabitliyi qoruyub saxlayıb.

"Əsas göstəricilərimiz artıb – bu həm məşğul olan insanların sayı, həm də əhalinin gəlirləri ilə bağlıdır. Amma bununla yanaşı, problemlər də var, bunlardan biri gənclərin məşğulluğudur", – deyə mərkəzin prezidenti vurğulayıb.

D.Arqandıkov əlavə edib ki, Qazaxıstan əmək ehtiyatlarına görə nisbətən gənc ölkədir və proqnozlara görə, gələcəkdə əmək bazarına gənclərin sayının əhəmiyyətli artımı təzyiq göstərəcək.

Seçilən
1
1
turkic.world

2Mənbələr