AZ

Astarada babasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Astarada babasının evindən oğurluq etməkdə təqsirləndirilən Vüsal Dadaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

İş hakim Şəfiqə Meybullayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Vüsal Dadaşov babası Şaməddin Əsədovun Astara rayonunun Şahağacı kəndində yerləşən evindən 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartının oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
4
e-huquq.az

1Mənbələr