AZ

Kapital Bank rəhbərliyinin bu iki biznesdən böyük gözləntisi var

“Kapital Bank” ASC törəmə bank olmayan kredit təşkilatı “Birkart” MMC-nin niyə zərərdə olmasına dair açıqlama verərkən, bunu bankın investisiya işləri ilə əlaqələndirib. Jurnalistlər niyə BOKT-nin “zərərdə olması halında niyə bu təşkilatın qalmasına lüzum görür”.

Banker.az xəbər verir ki,“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov və İdarə Heyətinin üzvü Emin  Məmmədov bu gün mətbuat konfransında birgə cavab verərkən bildiriblər.

“Bəli! Bu təşkilat zərərlə işləyir. Lakin nəzərə almaq lazımdır ki, bu təşkilat bankın investisiya işlərinin bir hissəsini həyata keçirir. Bank BOKT-nin vasitəsi ilə yatırım etdiyi investisiyalar uzunmüddətlidir. Qısa müddət ərzində bu investisiyalar banka gəlir gətirəcək. Bu zərərləri 2026-cı ildən etibarən mənfəətə çıxdığını görəcəksiniz” deyə, Baş risk inzibatçısı Emin  Məmmədov deyir.

Təkrar olaraq jurnalist söhbətin hansı investisiyadan getdiyini soruşanda sədr Fərid Hüseynov “Kapital Bank”ın bu BOKT vasitəsi ilə bir neçə şirkətdə səhmdar olduğunu bildirdi.

“Maliyyə perespektivindən banka özünün 100 faiz səhmdar olduğu BOKT vasitəsi ilə bir neçə şirkətə investisiya etməsi daha rahatdır” – deyə, Hüseynov vurğulayır.

BOKT-nin əsas investisiyası informasiya və texnologiyalar sahəsinədir. Bura “PashaPay” MMC (m10 və MilliÖn), “Qırmızı Ürəklər Fondu”, “Competo” MMC (Umico) kimi şirkətlərində payı var. Qeyd edilir ki, bu şirkətlər İT ilə əlaqəli olanlar zərərdədir.

“Bunlar böyük investisiyalardır. “Competo” “Umico” marketpleysin sahibdir və biz bu şirkətlə çox yaxın biz əlaqəmiz var. O istiqamətdə güclü investisiyalar lazımdır ki, Azırbaycanın elektron kommersiya bazarının inkişafına dəstə olsun. Bu bir tərəfdən biznes, digər tərəfdən isə sosial məsələdir. Ən yaxşı bankçılıq təcrübəsini yalnız bankçılıqda yox, market-pleysdə də gətiririk. Müxtəlif partnyorlar vasitəsi ilə təcrübəni davamlı təmin edirik” – deyə, Fərid Hüseynov bildirir.

Bank sədri gələn ildə investisiyalarının davam edəcəyini ehtimal edir. O, belə investisiyaların çox qısa müddətdə gəlirlik gözləməməyi, orta və uzun müddətdə gəlirliliyə çevrilməsini gözləmək lazım olduğunu qeyd etdi.

Seçilən
3
banker.az

1Mənbələr