Suriyada baş verən hadisələr Rusiyanın məğlubiyyəti deyil.

İndex.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda bildirib.

“Rusiya ümumilikdə Suriyada öz məqsədlərinə çatıb”, – o qeyd edib.

V.Putin, həmçinin bildirib ki, o, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvaya gəldikdən sonra hələ onunla görüşməyib, lakin bunu planlaşdırdığını qeyd edib.