AZ

Əgər HTŞ təcrid istəmirsə, ölkəni irəli aparmalıdır - Blinken

Bakı, TurkicWorld

Talibana tətbiq olunan beynəlxalq təcrid bu qrup üçün bir dərs olmalıdır.

TurkicWorld xəbər verir ki, ABŞ Dövlət Katibi Antoni Blinken, dünən (çərşənbə günü) Suriyada Bəşər Əsədi devirməklə hakimiyyəti ələ keçirmiş Təhrir əş-Şam (HTŞ) qrupunu daha mötədil siyasət aparmağa və vədlərinə əməl etməyə çağırıb.

HTŞ, 2016-cı ildə Əsədi devirmək üçün silahlı müxalifətin hücumlarına rəhbərlik edib və daha sonra Əl-Qaidə ilə əlaqələrini kəsib. Lakin bu təşkilat hələ də ABŞ və digər Qərb ölkələri tərəfindən "terror təşkilatı" kimi siyahıya alınıb.

Blinken, Nyu-Yorkda Beynəlxalq Əlaqələr Şurasında etdiyi çıxışında Talibandan nümunə gətirib.
"Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdə, daha mötədil bir sima nümayiş etdirmək istədi, lakin tezliklə öz əsl simasını göstərib. Bu, onların beynəlxalq səviyyədə təcrid olunmasına səbəb olub. Əgər bu cür təcridi istəmirsinizsə, ölkəni irəli aparmaq üçün bəzi addımlar atmalısınız." - deyə o bildirib.

Taliban, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra hakimiyyətə qayıdıb. Qərbə qarşı ilkin mülayim yanaşmalarından sonra qadın hüquqlarına qarşı sərt məhdudiyyətlər tətbiq etməklə, beynəlxalq təcridi daha da dərinləşdirib. Hazırda Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Talibanın təyin etdiyi səfirlərin etimadnaməsini qəbul etsə də, heç bir ölkə Taliban hökumətini rəsmən tanımayıb.

Blinken həmçinin Suriyada məzhəbçi olmayan, azlıqları qoruyan və təhlükəsizlik məsələlərini həll edən yeni bir hökumətin yaradılmasına çağırıb. O, İŞİD-lə mübarizənin və kimyəvi silah ehtiyatlarının tamamilə ləğvinin zəruri olduğunu vurğulayıb.

HTŞ-nin "Əsədin devrilməsindən" dərs çıxarmalı olduğunu qeyd edən Blinken , "Əsədin devrilməsinin əsas səbəblərindən biri, hər hansı bir siyasi prosesə qatılmaqdan qəti şəkildə imtina etməsi idi. HTŞ siyasi həllə nail olmaq üçün bu dərsləri öyrənməlidir." deyə bildirib.

Seçilən
27
turkic.world

1Mənbələr