AZ

Donnarummanın üzünə təpik vuran futbolçu üzr istədi

"Monako"nun müdafiəçisi Vilfrid Sinqo PSJ-nin qapıçısı Canluici Donnarummanı zədələdiyi üçün üzr istəyib.

 

Sfera.az xəbər verir ki, Fransa Liqa 1-in 16-cı turunun matçında futbolçular arasında toqquşma olub. Sinqonun ayağı Donnarummanın üzünə dəyib və italiyalı qapıçı oyunu davam etdirə bilməyib.

 

Sinqo bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Donnarummadan üzr istəyirəm. Mənim hərəkətim qəsdən deyildi, Amma sonra gördüm ki, onun üzündə ciddi zədə var. Sənə tezliklə sağalmağı arzu edirəm".

 

Qeyd edək ki, oyundan sonra paltardəyişmə otağında Donnarummanın üzünə 10 tikiş qoyulub.

Seçilən
0
2
sfera.az

3Mənbələr