AZ

Sanksiyalar ölkədə qiymət artımına səbəb olur- Putin DANIŞDI

Rusiya əleyhinə tətbiq olunan sanksiyalar əsas təsir gücünə malik olmasa da, ölkədə qiymət artımına müəyyən təsir göstərir. 

 

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

"Təbii ki, xarici məhdudiyyətlər, sanksiyalar və digər amillər müəyyən mənada təsir göstərir. Onlar əsas təsir amili deyil, amma hər halda qiymət artımına birbaşa və ya dolayısı ilə təsir edir, çünki logistika xərclərini artırır", - deyə o bildirib.

Putin əlavə edib ki, qiymət artımında hökumətin öz nöqsanlarının və subyektiv amillərin də rolu var: "Amma bizim də nöqsanlarımız var."

Seçilən
1
1
sitat.info

2Mənbələr