Kursk bölgəsində Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün Rusiya ordusuna cəlb olunan 100 Şimali Koreya hərbçisi həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə C.Koreya parlamentinin deputatı ölkənin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, döyüşlər zamanı daha 1000 nəfər yaralanıb.
İtkilər KXDR hərbçilərinin PUA ilə döyüş təcrübələrinin olmaması və ərazini tanımamaları ilə əlaqələndirilib.
Şimali Koreya hökuməti ordunun Ukrayna ilə döyüşə cəlb edilməsi və itki iddialarına dair heç bir açıqlama verməyib.
Xatırladaq ki, daha əvvəl ABŞ və Cənubi Koreya rəsmiləri Rusiyaya dəstək məqsədilə 10 mindən çox Ş.Koreya hərbçisinin müharibəyə göndərildiyini iddia ediblər.