AZ

Tovuzdakı məktəbdə zəhərlənənlərin sayı 60-a çatdı – Yenilənib – Video

TƏBİB-dən  bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

***

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonum Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Məktəbin 20-yə yaxın şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.

***

TƏBİB-dən verilən son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb”.

 

 

 

Seçilən
17
38
tribunainfo.az

10Mənbələr