AZ

"O, "Çelsi" üçün əla futbolçu ola bilər" - Entso Mareska

"Çelsi"nin baş məşqçisi Entso Mareska "zadəganlar"ın 18 yaşlı müdafiəçisi Coş Açimponqla müqavilə yeniləməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini London təmsilçisinin mətbuat xidməti belə çatdırıb:

"Çox xoşbəxtəm, çox. Coşla bağlı hər şey aydın idi. O, bizim mövsümöncəsi toplanışımızda iştirak etmişdi. Həmin vaxt Açimponqu şəxsən tanımasam da, iki-üç gündən sonra xoşuma gəldi... 

Nəhayət ki, klub onunla müqavilə yenilədi. Buna görə hamımız sevinirik. Çünki o, "Çelsi" üçün əla futbolçu ola bilər. Məncə, Açimponq bizim yanımızda qalmalıdır. Burada nə qədər çox saxlaya bilsək, o qədər yaxşı olar".

Xatırladaq ki, Açimponq müddəti 2029-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr