AZ

Məhkəmə “Bursaturk Trading Company” şirkəti ilə bağlı cərimə qərarı verib

“Bursaturk trading company” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkət ilə bağlı müraciətə baxılıb.   

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, nizamnamə kapitalı 200 AZN olan “Bursaturk Trading Company” şirkətinin qanuni təmsilçisi Volkan Durmuşdur. 
 

Seçilən
5
operativmedia.az

1Mənbələr