Abxaziyalı “deputat” Vaxtanq Qolandzia Suxumda “parlamentdə” baş verən atışma nəticəsində ölüb.
“Cebheinfo.az” xəbər verir ki, cümə axşamı səhər Abxaziyanın “Daxili İşlər Nazirliyi” “RİA Novosti-yə respublika parlamentində atışma nəticəsində iki “deputat”ın yaralandığını bildirib.
“Deputatlar” Adqur Xarazia, Kan Kvarçia və Vaxtanq Qolandzianın iştirakı ilə əlbəyaxa dava olub. Xarazia bir neçə dəfə silahdan atəş açıb, digər iki nəfər yaralanıb.
Qolandzia başından yaralanıb və ölüb, Kvarçianın həyatı təhlükədə deyil, o, çiynindən yaralanıb.