AZ

Putin amerikalı jurnalistə Mark Tvenin sözü ilə cavab verdi

Dekabrın 19-da keçirilən “Vladimir Putinlə ilin nəticələri”ndə Vladimir Putin “NBC News” telekanalını təmsil edən amerikalı jurnalistin təxribat xarakterli sualına cavab verərkən amerikalı yazıçı Mark Tvenin zarafatından sitat gətirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək görüşü zamanı Rusiyanın “zəifləmiş mövqeyi” barədə suala cavab verən Putin jurnalistə tanınmış yazıçını (Mark Tveni) və onun sözünü xatırlamağı təklif edərək bu sitatı səsləndirib: “Ölümümlə bağlı şayiələr çox şişirdilib”.

Yada salaq ki, 1897-ci ilin yayında Amerika ədəbiyyatı klassikinin ölümü ilə bağlı mətbuatda şayiələr yayılıb və şayiələr o qədər israrlı olub ki, “New York Journal” Mark Tvenin Londondan göndərdiyi teleqramın yuxarıdakı mətnini dərc edib.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr