Avtosfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda nəqliyyat vasitəsinin idxalına 127 milyon 387 min 850 ABŞ dolları (216 milyon 559 min 345 manat) vəsait xərclənib. İdxal olunan bir ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsinin orta qiyməti 16 min 652 dollar (28 min 308 manat) olub.
Bu dövrdə idxal olunan yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri cari ilin yanvar-oktyabr ayları ilə müqayisədə 612 ədəd və ya 8,7% çoxdur. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 7 min 38 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi gətirilib. Yəni, ötən ay ərzində Azərbaycana xarici ölkələrdən 612 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsi gətirilib.
(valyuta.az)