AZ

A Seriyasının ən bahalı oyunçuları açıqlandı - Vlahoviç 7-9-cu yerləri bölüşür

"Transfermarkt" portalı İtaliya A Seriyasında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.

Fanat.Az xəbər verir ki, ən bahalı futbolçu "İnter"in hücumçusu Lautaro Martinesdir. 

Argentinalı oyunçunun bazar dəyəri 100 milyon avro ilə qiymətləndirilir. İkinci sırada 85 milyon avro qiymətlə "Napoli"nin gürcü vingeri Xviça Kvaratsxeliya qərarlaşıb. Üçüncü sırada isə "İnter"in digər oyunçusu Nikolo Barella mövqe tutub.

İtaliya çempionatının ən bahalı 10 futbolçusunun siyahısı belədir:

1. Lautaro Martines (“İnter”) – 100 milyon avro
2. Xviça Kvaratsxeliya (Napoli) - 85 milyon
3. Nikolo Barella (“İnter”) – 80 milyon
4-6. Rafael Leau ("Milan") - 75 milyon
4-6. Alessandro Bastoni (“İnter”) – 75 milyon
4-6. Markus Türam (“İnter”) – 75 milyon
7-9. Duşan Vlahoviç (“Yuventus”) – 60 milyon
7-9. Bremer ("Yuventus") - 60 milyon
7-9. Federiko Dimarko (“İnter”) – 60 milyon
10. Ademola Lukman (Atalanta) - 55 milyon

Seçilən
0
fanat.az

1Mənbələr