AZ

Bakıda “Həyat dolu Xorvatiya” adlı turizm imkanlarının təqdimatı oldu

Xorvatiyanın turizm potensialının təbliği çərçivəsində Bakıda “Həyat dolu Xorvatiya” adlı təqdimat keçirilib. Xorvatiya səfirliyi və Xorvatiyanın Milli Turizm Şurası tərəfindən birgə təşkil edilən tədbirdə media nümayəndələri, səyahət bloqerləri, mədəniyyət və turizmlə maraqlanan qonaqlar iştirak edib.

Turizmin müxtəlifliyi

Xorvatiya turistlərə bir çox turizm növlərini təklif edir: Adriatik sahillərində gözoxşayan çimərliklərdə istirahət, Xorvatiyaya xas milli tərəvəzlərin, içkilərin və məşhur pendir növlərinin dadına baxmaqla qastronomik səyahətlər, velosiped turları, təbiət gəzintiləri, hiking və rafting kimi aktiv tətil növləri. Bununla yanaşı ölkənin müxtəlif bölgələrində baş tutan beynəlxalq mədəniyyət və musiqi festivalları da hər il yüz minlərlə ziyarətçini özünə cəlb edir.

Son Yazılar:

Rajko Ruzicka qeyd edir ki, ölkədəki tarixi yerlərin böyük əksəriyyəti Avropada YUNESKO-nun mədəni irs obyektlərinin siyahısındadır. Onlar arasında Splitdəki Diokletian sarayı, Puladakı Roma Amfiteatrı və Zadardakı Roma Forumu var.

Gələcək planlar

Ötən il Azərbaycandan 3000 turist Xorvatiyaya səfər edib və ölkə nümayəndələri bu rəqəmlərin artacağına ümid edirlər. Hazırda iki ölkə arasında birbaşa çarter reyslərinin açılması müzakirə edilir. Sözsüz birbaşa reyslər turistlərə yeni imkanlar açacaq. Hələlik isə turistlər İstanbul, Roma və ya Budapeşt üzərindən təyyarə transferləri yolu ilə Xorvatiyaya asanlıqla çata bilərlər.

2023-cü il yanvarın 1-dən Xorvatiya Şengen zonasının bir hissəsi olub. Bu amil Azərbaycandakı şengen vizası sahibləri üçün də ölkəyə səfər etməyi asanlaşdırır. Vizası olmayan turistlər isə Bakıdakı Xorvatiya səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərlər.

Media müsabiqəsi

Xorvatiyanın turizm imkanlarının təbliği ilə bağlı tədbir Azeri Observer və The M.O.S.T. jurnallarının dəstəyi ilə təşkil olunub. Tədbirdə iştirak edən bu jurnalların təsisçisi və baş redaktoru Arslan Abbasov qonaqlara bildirib ki, onlar Xorvatiya haqqında ən yaxşı məqalə müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər. Qaliblər bu heyrətamiz ölkədə keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunacaqlar.

Xorvatiya sizi öz zənginliklərini kəşf etməyə və təbiətindən, mədəniyyətindən və qonaqpərvərliyindən ilhamlanmağa dəvət edir. Ölkənin turizm imkanları haqqında ətraflı məlumatı Xorvatiyanın Milli Turizm Şurasının croatia.hr rəsmi saytından və sosial media səhifələrindən əldə edə bilərsiniz:

-Instagram (@croatiafulloflife)

-TikTok(@croatiafulloflife)

-Facebook (facebook.com/croatia)

Əlavə məlumat üçün isə [email protected] elektron poçtu ilə də əlaqə saxlaya bilərsiniz.

Seçilən
0
1
viral.az

2Mənbələr