AZ

Putin Ukrayna üzrə danışıqların ŞƏRTİNİ AÇIQLADI

Rusiya Federasiyası Ukraynadakı silahlı münaqişənin həlli ilə bağlı ilkin şərt olmadan, lakin İstanbul razılaşmaları və yerlərdə reallıqlar əsasında dialoq aparmağa hazırdır.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Putin bunu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Eyni zamanda, Putin vurğulayıb ki, sülh müqaviləsinin imzalanması yalnız Ukrayna hökumətinin qanuni nümayəndələri, xüsusən də Ali Radanın sədri ilə mümkündür.

“Rusiya Zelenski seçkiyə gedərsə,legitimlik qazanarsa, onunla danışacaq”, - Rusiya prezidenti bildirib.

QAZİLER.AZ

Seçilən
3
qaziler.az

1Mənbələr