AZ

Azərbaycan Respublikasının nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak edib

Azərbaycan Respublikasının nümayəndə heyəti Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısında iştirak edib.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələr arasında media sahəsində ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinin təşviqinə xüsusi diqqət göstərildiyini bildirib.

O, sürətli texnoloji inkişafın yaratdığı yeni reallıqlar fonunda Türk dövlətləri arasında media sahəsində əlaqələrin gücləndirilməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq diqqətə çatdırıb ki, tərəfdaş ölkələr arasında bu sahədə imzalanan Anlaşma Memorandumları media və kommunikasiya sahəsində əməkdaşlığın təşviqini hədəfləyir, eyni zamanda milli maraqlarımızın qorunmasına və qlobal mövqeyimizin möhkəmləndirilməsinə birmənalı yanaşmamızı nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 6-cı toplantısının sonunda Kommünike qəbul edilib.

Səfər çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş baş tutub.

Görüşdə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icra vəziyyəti, həmçinin kommunikasiya sahəsinə məsul olan struktur bölmələrin fəaliyyətinin gücləndirilməsi, hər iki ölkənin media subyektləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, prioritet hədəflərin və birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, media savadlılığının yüksəldilməsi üçün ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

1/6
Seçilən
2
4
media.gov.az

5Mənbələr