AZ

Putin şərtini açıqladı - “Zelenski ilə sazişi imzalamağa hazıram"

Rusiya Ukraynadakı istənilən qanuni hakimiyyətlə, hətta Volodimir Zelenski ilə də sülh sazişləri imzalamağa hazırdır, amma indiki hakimiyyət qeyri-legitimdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.

“Əgər kimsə seçkiyə getsə və legitimlik qazansa, Zelenski də daxil olmaqla, hər kəslə danışıqlar aparacağıq. Amma indi Ukrayna həqiqətən də dinc nizamlanma yolu ilə getmək istəyirsə, bunu edə bilərlər. Ukrayna daxilində bu prosesi istədikləri kimi təşkil edə bilərlər, biz də legitim olanlarla (sülh müqaviləsini) imzalaya bilərik. Rada və Rada sədri legitimdir”, - prezident belə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr