AZ

Qvardiola sıx təqvimdən və kadr fəsadlarından şikayətləndi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sıx oyun təqvimindən və futbolçu çatışmazlığından narazılığını ifadə edib.

Arena.az “HaytersTV”-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Rodri keçən mövsüm 75 oyun keçirib. Onlara üç ay məzuniyyət verin, sonra isə lap 80 oyun oynayın. “Çelsi”nin belə bir heyəti arıtq var, amma gələn mövsüm bizə 30 oyunçu gərək olacaq”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 11 oyunda 8 məğlubiyyət alıb. Bu, Xosep Qvardiolanın məşqçilik təcrübəsində ilk müvafiq haldır. “Şəhərlilər” hec cür yaranmış vəziyyəti tarazlaya bilmirlər.

İngiltərə Premyer Liqasının 16 turundan sonra 27 xalla “Mançester Siti” yarış cədvəlində 5-ci pillədə qərarlaşıb.

Seçilən
4
arena.az

1Mənbələr