AZ

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 218 nəfər saxlanılıb

Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 218 nəfər tutulub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Beləliklə, 2024-cü ilin əvvəlindən bu günə qədər sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən tutulanların sayı 13745-ə çatıb. Sərhədi keçmədən tutulanların sayı isə 94 min 813-ə çatıb.

Şəbnəm Mehdizadə

Seçilən
6
e-huquq.az

1Mənbələr