AZ

“Rusiya ilkin şərt olmadan Ukrayna ilə sülh danışıqlarına hazırdır”- PUTİN

“Rusiya Ukrayna ilə ilkin şərt olmadan sülh danışıqlarına hazırdır, lakin İstanbul razılaşmaları əsasında və dünyadakı reallıqları nəzərə alaraq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “birbaşa xətdə” bildirib.

“Danışıqlara başlamaqla bağlı bizim heç bir ilkin şərtimiz yoxdur. İlkin şərt olmadan dialoq aparmağa hazırıq. Amma 2022-ci ilin sonunda İstanbulda danışıqlar prosesində razılaşdığımız müddəalar və dünyadakı reallıqlara əsaslanaraq”, – Putin deyib.

Eyni zamanda, Rusiya lideri qeyd edib ki, yekun sənəd yalnız Ukraynanın qanuni hakimiyyət orqanları ilə, yəni Ali Rada və Radanın sədri ilə imzalanmalıdır.

Azpost.info

phrase_var_article.chosen
10
azpost.info

1phrase_var_article.sources