İndoneziya hökuməti ilə “Apple” arasında 2 aydan çoxdur ki, ciddi böhran yaşanır.

İndex.az xəbər verir ki, İndoneziya, “Apple”in ölkəyə edəcəyini vəd etdiyi sərmayələri etmədiyi üçün ölkə daxilində “iPhone 16” satışını qadağan etdi və hətta “iPhone 16″dan istifadə etdiyi aşkarlanan şəxslərə həbs cəzasına qədər sanksiyalar tətbiq edəcəklərini açıqladı.

İndoneziya prezidenti Prabowo Subianto “Apple”in 1 milyard dollarlıq investisiya təklifini bəyənib. Bu təklifə əsasən, “Apple” Sinqapura yaxın azad ticarət zonası olan Batam adasında yeni istehsal müəssisəsi quracaq.

Bu obyektin “AirTag” istehsalına yönəldilməsi planlaşdırılır və dünya üzrə “AirTag” istehsalının 20 faizini qarşılayacaq. İlkin mərhələdə təxminən min nəfəri işlə təmin edəcək bu obyekt “Apple”in İndoneziyadakı mövcudluğunu gücləndirməyi hədəfləyir.