Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) TürkiyəninQazi Universiteti ilə birgə "Memarlıq və İnşaatda Enerji və ƏtrafMühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) özişinə başlayıb.
Trendxəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, AzMİU və Türkiyənin Qazi Universitetinin birgətəşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək.
Dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyivə 6 plenar çıxışın olduğu konfransda ətraf mühitinsağlamlaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi vəQarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzuları müzakirəolunacaq.
Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor GülçöhrəMəmmədova iştirakçılara müraciət edərək ekoloji tarazlığınqorunması və davamlı inkişafın vacibliyi məsələlərini vurğuladı. O,Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının dünyamiqyasında təqdir edildiyini və bu cür tədbirlərin elmi mühitininkişafına töhfə verdiyini qeyd etdi.
Konfransda dünya şöhrətli alimlərimiz - nüfuzlu Humboldtmükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev vənanotexnologiya üzrə Avropa və Türkiyə elmi arenalarında böyüknüfuza malik professor Əmirulla Məmmədov araşdırmalarını təqdimedərək tədbirin elmi mühitə olan töhfəsini daha da artırdılar.Professor Məsud Əfəndiyev dinamik sistemlər üzrə araşdırmalarını,professor Əmirulla Məmmədov isə optika, fotonika və nanofotonikasahələrindəki ən son nailiyyətlərini konfrans iştirakçılarınındiqqətinə çatdırıb.
Konfransın digər çıxışçıları da müxtəlif sahələrdə qabaqcıltədqiqatları ilə auditoriyanı məlumatlandırıblar. İspaniyadan olanJavier Bilbao “Elektrik enerjisi tələbinin öyrənilməsində maşınöyrənmə metodlarından istifadə” mövzusunda təqdimat edərək enerjisəmərəliliyini artırmaq üçün texnoloji yanaşmaları müzakirə edib.Türkiyənin Qazi Universitetindən olan professor Oğuzhan Yılmaz “3Dçap və sensor əsaslı nəzarət və avtomatlaşdırma” üzrə məruzəsindəbu sahədəki inkişafları və tətbiqləri izah etdi. Eyni zamanda,Türkiyədən başqa bir təmsilçi professor Müslüm Cengiz Taplamacioglu“Yenilənə bilən enerji sahəsində yeni nəsil texnologiyalar”mövzusunda çıxış edib, bu texnologiyaların ətraf mühitə təsirini vəperspektivlərini diqqətə çatdırıb.
AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisikafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Binalardaenerji səmərəliliyi və ətraf mühit” mövzusunda çıxış edərək, yerlitikinti sektorunda yaşıl texnologiyaların tətbiqi və enerjieffektivliyinin artırılması istiqamətindəki yeniliklərdəndanışıb.
Çıxışlardan sonra iştirakçılar qarşılıqlı maraq doğuransahələrdə birgə tədqiqatlar və innovativ layihələr üzrə əməkdaşlıqetmək niyyətlərini ifadə ediblər.
Bununla ICETEA 2024 Azərbaycan üçün ekoloji və enerjitexnologiyaları sahəsində beynəlxalq miqyasda müsbət nüfuz qazanmaqvə qlobal iqlim dəyişiklikləri ilə mübarizədə atdığı addımları birdaha təbliğ etmək baxımından əhəmiyyətli bir platforma oldu.
Bu cür tədbirlər Azərbaycanın elmi və ekoloji siyasətinininkişafına və beynəlxalq əməkdaşlıq mühitinin genişlənməsinə töhfəverir. Konfrans, eyni zamanda ölkəmizin yaşıl keçid siyasətinin vəekoloji cəhətdən davamlı layihələrin gələcək inkişafını təmin etməküçün əhəmiyyətli bir addım kimi qiymətləndirilir.