AZ

Pezeşkian: İsrailin hücumlarına qarşı daha sürətli addımlar atılmalıdır

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrailin hücumlarına qarşı daha sürətli və praktiki addımlar atılmalıdır.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Misirin paytaxtı Qahirədə keçirilən 11-ci D-8 Sammitində çıxış edib.

İsrailin Qəzza, Livan və Suriyaya hücumlarına işarə edən Pezeşkian, "İsrail qeyri-qanuni məqsədlərinə çatmaq üçün bölgədə təhlükəsizliyi məhv edir, qadın, uşaq və müdafiəsiz insanları qətlə yetirir. Bu nöqtədə dini, hüquqi və humanitar vəzifəmiz insanları İsrailin hücumlarından qorumaqdır. Daha çox zərərin qarşısını almaq üçün əməkdaşlıqda daha həssas, daha sürətli və praktiki addımlar atmaq lazımdır"-deyə, bildirib.

Pezeşkian həmçinin bildirib ki, İslam ölkələri arasında dostluğun qorunub saxlanılması və çoxtərəfli əməkdaşlıq əsasında yeni əlaqələrin yaradılması zərurəti hər zamankindən daha çox hiss olunur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
turkustan.az

1Mənbələr