AZ

Sumqayıt Kimya Sənaye Parkına investisiya ayrılır

Türkiyə kapitallı “Eurotec Group” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

NOCOMMENT.az İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 42-yə çatıb.

Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya dəyəri 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.

Belçika texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Seçilən
1
7
nocomment.az

9Mənbələr