Paşinyanın kortejinin öldürdüyü erməni qadınla bağlı yeni məhkəmə qərarı çıxdı
Ermənistanda məhkəmə 2022-ci ilin aprelində baş nazir Nikol Paşinyanı müşayiət edən avtomobil kortejinin törətdiyi qəza ilə bağlı yeni qərar çıxarıb. Qeyd edək ki, həmin insidentdə Sona Mnatskanyan adlı gənc qadın həlak olub.
Yerli məhkəmə Ermənistanın baş nazirinin kortejinə rəhbərlik etmiş vəzifəli şəxslərə qarşı cinayət işinin başlanmaması barədə prokurorun qərarını qanunsuz elan edib.
Bu barədə yerli vəkil Raffi Aslanyan mətbuata məlumat verib.
Onun sözlərinə görə, İrəvan Şəhər Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə vəkilin şikayətini təmin edib və açıq proses iştirakçılarına işə yenidən baxılmaqla zərərçəkmişin hüquqlarının pozulmasını aradan qaldırmağı tapşırıb.