AZ

Abxaziyanın qondarma parlamentində baş vermiş atışmada deputat ölüb

Tbilisi, 19 dekabr, AZƏRTAC

Gürcüstanın işğal altında olan Abxaziya bölgəsinin qondarma parlamentinin iclasında mübahisə yaranıb. Mübahisə sonradan silahlı qarşıdurmaya çevrilib. Nəticədə deputat Vaxtanq Qolandzia ölüb, Kan Kvarçia isə yaralanıb.

Bildirilir ki, qondarma parlamentdə regionda mədən işlərinin qadağan edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunarkən, Adqur Xarazia və Kan Kvarçia mübahisə ediblər. A.Xarazia silaha əl atıb və K.Kvarçianı öldürməyə çalışıb. Deputat Vaxtanq Qolandziya isə onları ayırmağa çalışıb və nəticədə həyatını itirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
7
azertag.az

1Mənbələr