AZ

Aydın Sezer: Misirdə liderlərin ikili təmasları fonunda bölgə problemləri ələ alınacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb. Bu barədə məlumatı “TRT Haber” yayıb. Məlumata görə, Prezident Əsənboğa Hava Limanından yola salınıb. Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir. Qeyd edilib ki, Prezident diplomatik fəaliyyətini Misirin paytaxtı Qahirədə davam etdirəcək. Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, həmçinin Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq. Qahirədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə ediləcək. Xatırladaq ki, D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. Fövqəladə sammitdə “Qəzza” məsələsi müzakirə edilmişdi.


Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib  ki, D-8 ölkələri 1997-ci ildə Türkiyənin aparıcı mövqeyi ilə İstanbulda qurulub:

“Bu günə qədər çox effektiv nəticələr əldə edildiyini demək mümkün deyil. D-8 dövlətlərinin bir çoxu fərqli beynəlxalq forum və təşkilatlara da üzvdürlər. Bu Türkiyənin Ərbakan rəhbərliyi dönəmində İslam ölkələrini bir araya gətirən təşkilat idi. Qahirədə olması gözlənilən görüş də məhz həmin tədbirlərdən biridir. Sözügedən görüşmənin əsas xüsusiyyəti Suriyada baş verən proseslərdən dərhal sonra toplanmasıdır. Xüsusilə də İranın İsraillə əlaqələrində olan gərginlik nəticəsində Yaxın Şərqdə baş verən proseslər fonunda həmin ölkələrin müzakirəsi gözlənilir. İran sözügedən görüşə hazırsa şübhəsiz yanaşır və önəm verir. Çünki Suriya olan qarışıqlıqlardan sonra İsrailin İranı hədəf alması ilə bağlı ehtimallar var. Ona görə təşkilat həmin problemlərin həlli üçün mühim platforma olacaq. Lakin yenə önəmli nəticələrin olacağına da ümidli deyiləm. Çünki Yaxın Şərq ölkələrinin bir çoxu öncə Həmas daha sonra Hizbullahdan azad olunduğu üçün hadisələri diqqətlər izləyirlər. Misir önəmli region ölkəsidir. Misirdə liderlərin ikili təmasları fonunda isə  bölgə problemləri ələ alınacaq”.
Seçilən
5
sherg.az

1Mənbələr