AZ

Ov mövsümünün açılmama səbəbi elan olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ötən il Azərbaycanda vəhşi heyvan və quş növlərinin say nəticələri qənaətbəxş olmayıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, hər il vəhşi heyvan və quşların sayının monitorinqi aparılır:
"Saya əsasən, ov obyektlərinin normaları müəyyən olunur, ov mövsümü açıq elan olunur. Lakin ötən il Azərbaycanda vəhşi heyvan və quş növlərinin say nəticələri qənaətbəxş olmayıb. Bir qisim heyvan və quşların sayında azalmalar müşahidə olunub".
A.Babayeva qeyd edib ki, bu il ov mövsümün hələ də açılmaması həmin nəticələrlə bağlıdır:
"Sayma prosesi elm adamları tərəfindən aparılır. Ov mövsümü açılmamışdan qabaq müzakirələr keçirilir. Elm adamları tərəfindən rəylər verilir və bundan sonra mövsüm açılır. Bu il ov mövsümünün açılmaması say nəticələri ilə bağlıdır. Hazırda tədqiqatçılar araşdırmalar aparırlar".
Aygün Mirakif
Seçilən
5
oxu.az

1Mənbələr