AZ

Qarabağda yaşayan ermənilər qeri qayııdacaq?

Vətəndaşlar tərəfindən Qarabağda yaşayan ermənilərin qeri qayıtması ehtimalı barədə xeyli suallarla qarşılaşırdıq. Bu suala artıq aydın cavab var.
 Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
 Millət vəkili  qeyd edib ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibədə məsələyə nöqtə qoymuş oldu.
 
“Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni, hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı”.
Belə də olmalıdır. Çünki, Qarabağda yaşayan ermənilər özlərini xəyallarında qurduqları və virtual bir psevdo dövlətin vətəndaşları hesab edirlər.
phrase_var_article.chosen
15
xalq.az

1phrase_var_article.sources