AZ

İntizam tənbehi verilmiş gömrükçülər bəraət alanadək xüsusi rütbələrə təqdim edilməyəcəklər

Bakı. Trend:

Gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehiverilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidmətiintizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilərvəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidaiistintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitamverilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidmətiaraşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdimedilməyəcəklər.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Gömrükorqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklikdə əksinitapıb.

Sənədə əsasən, Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiqvəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddətərzində yalnız vəzifə maaşı alırlar.

Gömrük orqanlarının sərəncamında olan (intizam tənbehiqaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisnaolmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidmətiintizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçivəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işininicraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəməninhökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsindəmüsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmətmüddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdanbaşlanaraq hesablanır.

Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmişşəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlətqulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrükorqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət)illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi,hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlıolaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi,xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda vəya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündəişləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətəqəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarındaxidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisasdərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və buƏsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.

Seçilən
7
3
az.trend.az

4Mənbələr