AZ

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini bazar proqnozlarına uyğun olaraq sabit saxlayıb.

Banco.az xəbər verir ki, inflyasiyada davamlılıq əlamətlərinin müşahidə olunduğu Böyük Britaniyada faiz dərəcəsi dəyişdirilməyib.

İngiltərə Bankı (BOE) uçot dərəcəsini 4,75 faiz səviyyəsində saxlayıb.

Qubernator müavini Deyv Ramsden və BOE-nin ən yeni üzvü Alan Teylor tərəflərini dəyişərək Svati Dinqraya qoşulmaqlaq faiz endirimini dəstəkləyiblər.

İngiltərə Bankının rəhbəri Endryu Beyli isə gələcəkdə faiz dərəcələrinin azaldılması üçün mərhələli yanaşmaya işarə edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
21
banco.az

1Mənbələr