Səbail Rayon Məhkəməsi "dövlətə xəyanət"də ittiham olunan gənc tədqiqatçı Bəhruz Səmədovun ilkin həbs müddətini 9 mart 2025-ci ilədək uzadıb.
Bu qərardan apellyasiya şikayəti veriləcək. Səmədov ittihamı rədd edir və hesab edir ki, müharibə əleyhinə fəaliyyətinə görə təqib olunur.
* Səmədov avqustun 21-də dövlətə xəyanət ittihamı ilə saxlanılıb, iki gün sonra məhkəmə onu 4 ay müddətinə həbs edib.
Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatı öz pasifist baxışları ilə tanınan Səmədovun təqib edilməsini pisləyiblər. O həmçinin Qərb KİV-ində analitik nəşrlər, Azərbaycan hakimiyyətinin ünvanına tənqidi məqalələrin və şərhlərin dərci ilə tanınır. OC Media nəşrinin və https://bakuresearchinstitute.org/ müəllifidir.
Hüquq müdafiəçiləri Bəhruz Səmədovu siyasi məhbus kimi tanıyıblar.