AZ

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Bakı. Trend:

Pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədəyazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinəxitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misliməbləğində birdəfəlik müavinət veriləcək.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Ədliyyəorqanlarında qulluq keçmə haqqında” Azərbaycan RespublikasınınQanununda dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllərqulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlətorqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə)qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həminorqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisasdərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasənmüvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbəverilir.

Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlətqulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllərqulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbuledildikdə, onların qulluq (xidmət) illəri ədliyyə orqanlarındaqulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənetdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisasdərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və buQanuna əsasən müvafiq xüsusi rütbə verilir.

Ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehiqaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisnaolmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidmətiyoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqdacinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə vəya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlamanəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə almasıüçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətininbitdiyi vaxtdan başlanaraq hesablanır.

Seçilən
16
6
az.trend.az

7Mənbələr