AZ

Misir prezidenti Ərdoğanı belə qarşıladı – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Sammitində iştirak etmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

Medianews.az xəbər verir ki, prezident sarayına gələn Ərdoğanı Misir prezidenti Əbdülfəttah Əs-Sisi qarşılayıb.

Səfər zamanı Ərdoğanı ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.

Bütün ölkə liderləri D-8 Sammiti üçün Misir Prezident Sarayında toplaşıb. Sisi sarayın iclas salonunda bütün liderləri qarşılayıb. Salona son gələn lider Türkiyə prezidenti olub. Sisi gülümsəyərək əlini uzadıb və Ərdoğanı salamlayıb.

Həmin görüntüləri təqdim edirik.

Medianews.az

Seçilən
45
medianews.az

1Mənbələr