PSJ və "Bayern Münhen"dəkı çıxışları ilə tanınan kamerunlu hücumçu Erik Çupo-Motinq "Nyu-York Red Bulls"a keçiib.
Fanat.Az xəbər verir ki, məlumatı Nyu-York klubunun mətbuat xidməti yayıb.
35 yaşlı kamerunlu futbolçu ilə daha bir mövsüm uzatma şərti ilə, iki illik müddətə müqavilə imzalanıb.
Qeyd edək ki, Çupo-Motinq son 4 ildə Almaniya çempionatında "Bayern"in heyətində çıxış edib və burada 122 matçda 38 qol vurub. O, münhenlilərin heyətində üç dəfə Almaniya çempionu olub.
Xatırladaq ki, Çupo-Motinq buna qədər PSJ, "Stok Siti", "Şalke", "Maynts", "Hamburq" və "Nürnberq" kimi klublarda da çıxış edib.
Mirağa