Böyük Britaniya hökuməti Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, ölkənin bir sıra vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze, Daxili İşlər Nazirliyi Xüsusi Tapşırıqlar Departamentinin rəisi, Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili, Tbilisi Polis Departamentinin rəisi Sulxan Tamazaşvilinin adı da “qara siyahı”ya salınıb.
Sanksiyalara aktivlərin dondurulması və səyahət məhdudiyyətləri daxildir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta