AZ

Putin: "Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hələb 350 döyüşçünün gücü ilə ələ keçirilib, 30 min hökumət qoşunu və iranpərəst bölmələr isə döyüşsüz geri çəkiliblər".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Müxalif silahlı qruplaşmalar Hələbə yaxınlaşdıqda oranı təxminən 30 min nəfər müdafiə edirdi, şəhərə 350 silahlı daxil oldu. Hökumət qoşunları və onlarla birlikdə iranpərəst adlandırılan bölmələr döyüşsüz geri çəkildilər, öz mövqelərini partlatdılar və getdilər", - deyə o bildirib.
Putin qeyd edib ki, nadir hallar istisna olmaqla, eyni vəziyyət bütün Suriya ərazisində müşahidə olunub.
Onun sözlərinə görə, Rusiyanın Suriyada quru qoşunları olmayıb, təkcə hərbi-hava və hərbi-dəniz bazaları olub.
"Biz bir vaxtlar Ukraynada xüsusi əməliyyata görə hətta oradan da çıxdıq", - deyə prezident vurğulayıb.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də onlar Hələb, Həma, Dəraa və Homsu ələ keçiriblər, dekabrın 8-də isə Dəməşqə daxil olublar, Suriya hökumət qüvvələrinin bölmələri şəhəri tərk ediblər.
Bəşər Əsəd Suriya prezidenti postundan imtina edib və ölkəni tərk edib. Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifət tərəfindən yaradılan "Qurtuluş hökuməti"nə başçılıq edən Məhəmməd əl-Bəşir Suriya hökumətinin keçid dövrü üçün başçısı təyin olunduğunu açıqlayıb və bu, 2025-ci il martın 1-dək davam edəcək.
Seçilən
14
oxu.az

1Mənbələr