Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Türkiyənin xarici işlər naziri Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.