AZ

Britaniya Qomelauriyə sanksiya tətbiq etdi

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.


News365.az xəbər verir ki, bu barədəBritaniya hökumətinin saytında məlumat dərc edilib.


Buna səbəb AB-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir.


Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre Daraxvelidze, DİN-in xüsusi tapşırıqlar departamentinin direktoru Zviad Xarazişvili (xüsusitəyinatlı polis dəstələrinin rəisi) və Tbilisi polis departamentinin direktoru Sulxan Tamazaşvili də daxil edilib.


Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.

Seçilən
0
3
news365.az

7Mənbələr