AZ

“Ukrayna öz ordusunun ixtisarına əsla razı olmaz” – Zelenski Makronla görüşdü

Kiyev Ukraynada sülhməramlı missiya yerləşdirmək ideyasını dəstəkləyir, lakin öz ordusunun ixtisarına razı olmayacaq.

“AzPolitika” “European Pravda”-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra deyib.

“Biz Emmanuel ilə onun çoxdankı ideyasını müzakirə etdik, biz sülhməramlı missiya ideyasını dəstəkləyirik, bu da Ukraynanı gücləndirmək deməkdir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir.

“Biz prosesdəyik, lakin mən görürəm ki, bəzi liderlərdən pozitivlik var”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski təkrar edib ki, o, Ukraynanın NATO-ya daxil olmasını təhlükəsizliyin ən yaxşı təminatı hesab edir, lakin hətta alyansa dəvət belə Kiyevə ordunun sayını azaltmaq hüququ verməyəcək və dəvət olmadan ixtisar ümumiyyətlə qəbuledilməzdir.

Ukrayna lideri əlavə edib ki, o, ölkənin təhlükəsizliyini təmin etmək üçün digər variantları, o cümlədən “sanksiya və maliyyə variantlarını” nəzərdən keçirir.

"Ancaq bütün bunlar Putinin Ukraynanıln üstünə bir daha müharibə ilə gəlməyəcəyini söyləmək üçün kifayət deyil", - Zelenski vurğulayıb.

“AzPolitika.info”

Seçilən
11
azpolitika.info

1Mənbələr