ATƏT-ə üzv 17 ölkə Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı birgə bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, sənədi imzalayan ölkələr “Gürcü Arzusu”nu gürcü xalqına qarşı zorakılıqda ittiham edərək bunu qəti şəkildə pisləyiblər, nümayişçilərin qanunsuz həbsindən narahatlıqlarını ifadə ediblər.
Bəyanat müəllifləri avroatlantik səylərinin müdafiəsində gürcü xalqı ilə həmrəy olduqlarını bildiriblər.
“ATƏT-ə üzv dövlətlər olaraq biz gələcəkdə təşkilat kontekstində bütün mexanizmləri araşdıracağıq. Biz Gürcüstanı gürcülərin əksəriyyətinin istədiyi kimi Avropa İttifaqına inteqrasiya yoluna qayıtmağa çağırırıq”, - sənəddə deyilir.
Bəyanatı Belçika, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Litva, Latviya, Lüksemburq, Norvüç, Polşa, Rumıniya, İsveç, Böyük Britaniya, ABŞ və Niderland imzalayıb.