AZ

Naxçıvanda Səhiyyənin Təminatı Mərkəzinin direktoru cərimələndi

Dövlət Əmək Müfəttişliyi Xidməti Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Səhiyyənin Təminat Mərkəzi mərkəzinin direktoru Elçin Rəfiyevi inzibati məsuliyyətə cəlb edib. 

Qaynarinfo-nun məlumatına görə, dövlət qurumu direktora İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə cərimə yazıb. 

İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması barədədir.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1500 manat, hüquqi şəxslərin isə 5000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Elçin Rəfiyev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülnar Səfərəliyeva iş üzrə hakim təyin edilib. 

Elçin Rəfiyev 2023-cü ildən Naxçıvan MR Səhiyyə Nazirliyi Səhiyyənin Təminatı Mərkəzinin direktorudur. 

Seyid
Seçilən
1
12
qaynarinfo.az

10Mənbələr